"Neftçi" daha bir məşhuru "rənglərinə bağlayır"? - SON DƏQİQƏ XƏBƏRİ

13:00 Neftçi 2 757
"Neftçi" daha bir məşhuru "rənglərinə bağlayır"? - SON DƏQİQƏ XƏBƏRİ

Vinsan Abubakarı rənglərinə bağlayan «Neftçi» ilə əlaqəli növbəti şok iddia yayılıb.

Sosital şəbəkələrdə tirajlanan xəbərlərə görə, paytaxt təmsilçisi daha bir məşhuru sıralarına qatmaq niyyətindədir.

Qeyd olunur ki, bakılılar Hakim Ziyeşin xidmətində maraqlıdır. Bildirilir ki, «ağ-qaralar» bu ilin əvvəlində "Qalatasaray"ı "Əl-Duhail"ə dəyişən ulduzla danışıqlara başlayıb.

31 yaşlı vinger Türkiyə təmsilçisini baş məşqçisi Okar Burukla münasibətinin korlanmasından sonra tərk edib. Qətər klubu mərakeşli üçün 5 milyon avro ödəyib.

Lakin Hakimin Qətər macərası qısa sürüb. O, "Əl-Duhail"la kontraktını pozub və hazırda azad agent statusu daşıyır.

"Neftçi"dən saytımıza bildirilib ki, ərəb oyunçunun Azərbacana gələcəyi yönündə yayılan informasiyalar həqiqətdən uzaqdır: "Onunla heç bir səviyyədə danışıqlar aparılmayıb".

Hakim Ziyeş "Qalatasaray"ın heyətində 11 matçda meydana çıxıb və 1 qol ötürməsi verib. O, daha əvvəl "Tvente", "Ayaks" və "Çelsi"də oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti