Messi 3 illik yeni müqavilə imzaladı: “O, evdədir” - VİDEO

10:20 Dünya futbolu 154
Messi 3 illik yeni müqavilə imzaladı: “O, evdədir” - VİDEO

“İnter Mayami” “X” hesabında komandanın kapitanı və hücumçusu Lionel Messinin yeni müqavilə imzaladığı anları əks etdirən video paylaşıb.

Sportinfo.az xəbər verir ki, ABŞ klubu paylaşımına “O, evdədir” (“He’s home”) şərhini əlavə edib.

Kadrlarda ulduz futbolçunun stadionda aparılan təmir işlərinin fonunda sənədləri oxuduğu və imzaladığı görünür.

Məlumata görə, 38 yaşlı argentinalı futbolçu “İnter Mayami” ilə 2028-ci ilə qədər qüvvədə olacaq yeni müqavilə bağlayıb. Tanınmış insayder Fabrizio Romano da Messinin klubla razılığa gəldiyini təsdiqləyib.

O, 2023-cü ilin yayından etibarən “İnter Mayami”nin formasını geyinir. Bu müddət ərzində o, bütün yarışlarda 82 oyunda 71 qol vurub və 37 qol ötürməsi edib.

“Transfermarkt” portalının məlumatına görə, argentinalı ulduzun bazar dəyəri hazırda 18 milyon avro təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti