Neymarın karyerasını ABŞ-da davam etdirmə ehtimalı gündəmdədir.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Santos”un futbolçusu “İnter Mayami”yə keçə bilər.
Neymar əvvəlcə Avropaya qayıtmaq və beləliklə, qarşıdakı dünya çempionatında Braziliya millisinin heyətinə düşmək şansını artırmaq istəyirdi. Ancaq hazırda 33 yaşlı forvarda böyük klublardan ciddi maraq yoxdur.
Braziliyalı oyunçunun qarşısında iki seçim qalıb: “Santos”la müqaviləsinin müddətini daha altı ay uzatmaq və ya Lionel Messi ilə Luis Suaresin çıxış etdiyi “İnter Mayami”yə transfer olunmaq.
Bu üçlü “Barselona”da bir vaxtlar futbol tarixinin ən məhsuldar hücum xətlərindən birini formalaşdırmışdı.
Neymarın “Santos”la müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq.

