“Qarabağ”ı udduq, xəyalımız real oldu”- “Atletik”in hücumçusu

24 Oktyabr 2025 09:20 Qarabağ 906
“Qarabağ”ı udduq, xəyalımız real oldu”-  “Atletik”in hücumçusu

“Atletik”in hücumçusu Qorka Quruzeta Çempionlar Liqasının üçüncü turunda “Qarabağ” üzərində evdə qazandıqları 3:1 hesablı qələbəni şərh edib.

Sportinfo.az UEFA-ya istinadən xəbər verir ki, Ağdam klubu ilə matçda dubl edən futbolçu komandasının qalibiyyətindən məmnunluğunu bildirib:

“Xəyalımız real oldu. Bu, hər kəs üçün qələbədir.

“San Mames”dəki ab-hava sadəcə möhtəşəm idi. Xoşbəxtlikdən, mütləq qalib gəlməli olduğumuz matçda 3 xal qazana bildik.

"Qarabağ" üzərində qələbə sayəsində Çempionlar Liqasında ambisiyalarımızı yaşatdıq".

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO