"Qarabağ" bunu 150 dəfə etdi, ikinci pilləni ələ keçirdi

23 Oktyabr 2025 16:20 Qarabağ 942
"Qarabağ" bunu 150 dəfə etdi, ikinci pilləni ələ keçirdi

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 150 dəfə buna nail olublar.

Belçikanın "Yunion" (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi "Atletik" (146) isə üçüncüdür.

"Qarabağ" ötən gün səfərdə "Atletik"ə uduzub - 1:3. Komanda daha əvvəl Portuqaliyada "Benfika"ya (3:2), Bakıda isə Danimarkanın "Kopenhagen" kollektivinə (2:0) qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti