
Ukrayna millisinin sabiq hücumçusu, yığma tarixində ilk qolun müəllifi İvan Qetsko DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla oyunları dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis komandanın final mərhələsinə vəsiqə şanslarından da danışıb.
O, millimizi Polşada 2:1 hesabı ilə məğlub etdikləri matçdakı performansdan narazılıq edib:
“İslandiya və Azərbaycan üzərində qələbə Ruslan Malinovskinin xidmətinin nəticəsidir. O, İslandiya ilə matçda dubl etdi,
Krakovda isə isə Azərbaycana vurulan qolun məhsuldar ötrməsini verdi və həlledici qolu vurdu. Bir sözlə, Malinovski milliyə “ac” şəkildə qayıtdı.
Ümumi təəssürata gəlincə, hücum xəttinə çoxlu iradlarım var. Artyom Dovbik Azərbaycanla matçda 2-3 real imkanı qaçırdı.
Düzünü desəm, həmin oyunda problem yaşayacağımızı gözləmirdim. Deməli, ya azərbaycanlılar xeyli gücləniblər, ya da biz hələ də zəifik”.
Qetsko komandanın final mərhələsinə vəsiqə şansına da toxunub:
“Bütün diqqətimizi İslandiya ilə görüşə yönəltməliyik. Fransada səfər qələbəsi gözləmək real deyil.
Buna görə də, bəlkə liderlərə istirahət vermək lazımdır: bəzilərini ehtiyatda saxlamaq, digərlərini isə 60–70 dəqiqə oynatmaq.
Beləcə, İslandiya ilə oyuna daha rahat çıxacaqlar. Məncə, əsas məqsəd Fransada böyük hesabla uduzmamaq və İslandiyaya qalib gəlmək olacaq”.
Ukrayna yığması qrupda son oyunlarını noyabrın 13-də Fransa, 16-da isə İslandiyaya qarşı keçirəcək.