“Qarabağ”lı Avropa da unikal uğura imza atdı - 1-ci dəqiqə söhbəti

13:20 Qarabağ 206
“Qarabağ”lı Avropa da unikal uğura imza atdı - 1-ci dəqiqə söhbəti

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kabo-Verdelii futbolçu üç fərqli oyunda — “Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik Bilbao”ya qarşı matçlarda - hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.

Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.

Dekabr 2023 – “Qarabağ” - “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi

Yanvar 2025 – “Qarabağ” - FKSB – UEFA Konfrans Liqasının pley-off mərhələsi

Oktyabr 2025 – “Qarabağ” - “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi

Digər Xəbərlər
Xəbər Lenti