Çempionlar Liqasında Milan derbisini "İnter" qazandı - VİDEO

11 May 2023 01:00 Çempionlar Liqası 901
Çempionlar Liqasında Milan derbisini "İnter" qazandı - VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu raundun ikinci matçında İtaliya "Milan"ı eyni şəhərin digər təmsilçisi "İnter"i qəbul edib.

"San Siro" stadionundakı görüş nominal qonaqların qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə Edin Ceko açıb. Cəmi 3 dəqiqə sonra Henrix Mxitaryan ikinci topun meydan sahiblərinin qapısından keçirib.

31-ci dəqiqədə Milanın eyniadlı təmsilçisinin qapısına penalti təyin edən matçın baş hakimi Xesus Hil Mansano VAR-a baxdıqdan sonra qərarını ləğv edib.

Komandalar arasında cavab qarşılaşması mayın 16-da olacaq.

Yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i evdə İngiltərənin "Mançester Siti" klubu ilə 1:1 hesablı heç-heçə edib.

Milan" (İtaliya) - "İnter" (İtaliya) - 0:2
Qollar:
Edin Ceko, 8. Henrix Mxitaryan, 11
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Milan, "San Siro" stadionu

Digər Xəbərlər
Xəbər Lenti