“Daha çox pul qazanacağımızı gözləyirdim, amma indiyə qədər..." - Klub prezidenti narazıdır

19 Oktyabr 2024 18:20 Çempionlar Liqası 978
“Daha çox pul qazanacağımızı gözləyirdim, amma indiyə qədər..." - Klub prezidenti narazıdır

“Barselona”nın prezidenti Xuan Laporta UEFA Çempionlar Liqasının dəyişdirilmiş formatı haqda danışıb.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, klub prezidenti daha çox pul qazanacaqlarını gözlədiklərini bildirib:

“Daha çox pul qazanacağımızı gözləyirdim, amma indiyə qədər yalnız matçların sayı artıb. Çempionlar Liqası mötəbər yarışdır, ancaq mən başqa şey gözləyirdim.

Avropa Super Liqası ideyası indi həmişəkindən daha canlıdır. Hər şey hazırdır. Bu layihəni yaratmaqda məqsəd ondan ibarətdir ki, bütün iştirakçılar ondan faydalansın”.

Çempionlar Liqasının formatı dəyişdirildikdən sonra iştirakçıların sayı 32-dən 36-ya yüksəlib. Komandalar artıq qruplara bölünmür, ümumi sıralamadadırlar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...