
“Mançester Siti” ilə “İnter” arasında İstanbulda keçirilən Çempionlar Liqasının final oyunu Türkiyəyə 200 milyon dollar qazandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Bildirilir ki, finala görə ölkəyə dünyanın hər yerindən çoxsaylı qonaqlar gəlib.
Bu tədbirin Türkiyədə keçirilməsi ölkənin imkanlarının yoxlanılması və Türkiyənin 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi etmək üçün namizədliyini qiymətləndirmək baxımından test olub.