Mövsümün ən yaxşıları və rəmzi komandası - Çempionlar Liqasında

12 İyun 2023 01:30 Çempionlar Liqası 1 287
Mövsümün ən yaxşıları və rəmzi komandası - Çempionlar Liqasında

Çempionlar Liqasında 2022/23 mövsümünün ən yaxşıları və rəmzi komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri mövsümün ən yaxşı futbolçusu elan edilib.

“Napoli”nin Gürcüstandan olan hücumçusu Xviça Kvaratsxeliya isə mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Mövsümün rəmzi komandasında isə bu oyunçular yer alıblar:

Qapıçı: Tibo Kurtua (“Real”);

Müdafiəçilər: Kayl Uoker (“Mançester Siti”), Ruben Dias (“Mançester Siti”), Alessandro Bastoni (“İnter”), Federiko Dimarko (“İnter”);

Yarımmüdafiəçilər: Rodriqo Hernandes (“Mançester Siti”), Kevin De Bruyne (“Mançester Siti”), Con Stounz (“Mançester Siti”);

Hücumçular: Bernardo Silva (“Mançester Siti”), Vinisius Junior (“Real”), Erlinq Haland (“Mançester Siti”).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 20:00 Çək və bizə göndər!
19 İyul 19:00 Sevək, yoxsa sevinək?
19 İyul 08:00 Bazar gününün havası