"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasını qazandı - VİDEO

11 İyun 2023 01:00 Çempionlar Liqası 752
"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasını qazandı - VİDEO

Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə "Mançester Siti" və "İnter" üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionundakı qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Əvəzində "şəhərlilər" ciddi itki ilə üzləşiblər. Zədələnən Kevin De Brüyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb.

İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

"Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 1:0
Qol:
Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu

Digər Xəbərlər
Xəbər Lenti