“Bacardığımızı etməli və fərqimizi göstərməliyik - Baş verə biləcək hər şeyə hazırıq”

10 İyun 2023 21:40 Çempionlar Liqası 570
“Bacardığımızı etməli və fərqimizi göstərməliyik - Baş verə biləcək hər şeyə hazırıq”

"Mançester Siti" bu gün Çempionlar Liqasının final matçında "İnter"lə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola oyundan öncə keçirilən mətbuat konransında açıqlama verib:

"Mövsümü Çempionlar Liqası kubokunu qazanaraq bitirmək istəyirik. Bunu gerçəkləşdirmək üçün buradayıq.

Keçmişə baxaraq favorit olduğumuzu demək çox asandır. Hazırda İstanbul zamanıdır.

Bacardığımızı etməli və fərqimizi göstərməliyik. Rəqibimizə hörmətlə yanaşırıq. Baş verə biləcək hər şeyə hazırıq".

İstanbul Olimpiya Stadionunda keçiriləcək final matçı Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti