“Biz xüsusi komandayıq”

10 İyun 2023 18:40 Çempionlar Liqası 1 037
“Biz xüsusi komandayıq”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının “İnter”lə final matçından öncə komandanın heyəti barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, “heyətinizi necə dəyərləndirirsiz” sualını belə cavablandırıb:

“Həqiqətən, inanılmaz futbolçulara sahibik. Hər birimiz uğur əldə etmək üçün vuruşuruq.

Bir-birimizi dəstəkləyirik. Uğur qazanmaq istəyiriksə, bu, belə də olmalıdır. Biz xüsusi komandayıq”.

“Şəhərlilər” 2022/23 mövsümündə İngiltərə Premyer Liqasının və federasiya kubokunun qalibi olub.

Qitənin bir nömrəli klub turnirinin həlledici qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti