“Qarabağ”ın ÇL-in III təsnifat mərhələsindəki səbəti və bir potensial rəqibi

25 May 2023 17:20 Çempionlar Liqası 6 083
“Qarabağ”ın ÇL-in III təsnifat mərhələsindəki səbəti və bir potensial rəqibi

“Qarabağ”ın 2023/2024 mövsümündə Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində yer alacağı səbət müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu turnirin ilk iki raundunda büdrəməsə, növbəti mərhələdə də səpələnmişlərin sırasında olacaq.

Qurban Qurbanovun yetirmələri ÇL-də yollarına davam edəcəkləri təqdirdə, ən azı pley-offa qədər bütün mərhələlərin püşkatmasında güclülərin səbətində qərarlaşacaqlar.

III təsnifat mərhələsindəki bir potensial rəqib də məlumdur. Ağdam klubu ilk iki raundu keçsə, buradakı 6 mümkün rəqibdən biri Yunanıstan təmsilçisi AEK (Afina) olacaq.

Çempionlar Liqasında iyunun 20-də I, 21-də II təsnifat mərhələsinin, iyulun 24-də isə III raundun püşkü atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!