"Ferentsvaroş", "Qarabağ" və "Makkabi" - Ən təhlükəli rəqibləri seçdilər

25 May 2023 19:20 Çempionlar Liqası 1 534
"Ferentsvaroş", "Qarabağ" və "Makkabi" - Ən təhlükəli rəqibləri seçdilər

Polşada "Rakuv"un Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri, o cümlədən “Qarabağ”la bağlı müzakirələr davam edir.

Sportinfo.az xəbər verir ki, bu ölkənin "TVP Info" portalı Polşa çempionunun mötəbər turnirdəki şanslarını dəyərləndirərkən ilk mərhələdəki rəqibləri də dəyərləndiriblər.

Polşalı həmkarlarımız "Rakuv"un birinci mərhələdə hansı rəqiblərlə düşəcəyi təqdirdə, işinin çətin olacağını yazıb:

"Rakuv" Çempionlar Liqasının püşkatma mərasimində səpələnməmişlər sırasında olacaq.

Birinci mərhələdə ən təhlükəli rəqiblər “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan) və “Makkabi”dir (Hayfa, İsrail). Onların hamısı nəzəri cəhətdən “Rakuv”dan güclüdür və daha yüksək büdcəyə malikdir”.

Digər Xəbərlər
Xəbər Lenti