“Bəxti gətirsə, əmsalları daha zəif olan komandalara düşəcək"

23 May 2023 02:20 Çempionlar Liqası 1 209
“Bəxti gətirsə, əmsalları daha zəif olan komandalara düşəcək"

Polşada Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Rakuv"un mümkün rəqibləri müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, "TVP Sport" Polşa çempionunun ilk mərhələdə "Qarabağ"la qarşılaşmaq istəmədiyini iddia ediblər.

Polşalı həmkarlarımız məsələ haqda bunları yazıb:

"Rakuv" üçün birinci mərhələdə uyğun olmayan rəqiblər "Ferentsvaroş" (əmsal 27,000), "Qarabağ" (25.000) və “Slovan” (Slovakiya) (24.500) klublarıdır.

Moldova (“Şerif” və ya “Petrokub”) və Bolqarıstandan (“Ludoqorets” və ya ÇSKA) hansı klubların potensial rəqib olması isə məlum deyil. “Rakov”un bəxti gətirsə, əmsalları daha zəif olan komandalara düşəcək".

“Qarabağ” avrokubokların seçmə mərhələsində Polşa klubları ilə 4 dəfə qarşılaşıb. Ağdam klubu “Visla”, “Piast”, “Legiya” və “Lex” səddini hər dəfə keçməyi bacarmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?