
“Mançester Siti” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Real”ı qəbul edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, bu qarşılaşma “şəhərlilər”in çalışdırıcısı Pep Qvardiola üçün əlamətdar olub.
İspaniyalı mütəxəssis dördüncü dəfə qitənin bir nömrəli klub turnirində finala vəsiqə qazanıb. Qvardiola bunu “Barselona” (2009 və 2011) və “Mançester Siti” ilə (2021 və 2023) bacarıb.
Premyer Liqa təmsilçisi “kral klubu”nu iki oyunun nəticəsinə əsasən 5:1 hesabı ilə məğlub edib. Onlar finalda İtaliya “İnter”i ilə qarşılaşacaq.
Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.