Çempionlar Liqasında ikinci finalçı: "Mançester Siti", yoxsa "Real"?

17 May 2023 15:40 Çempionlar Liqası 1 041
Çempionlar Liqasında ikinci finalçı: "Mançester Siti", yoxsa "Real"?

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, bununla da ikinci finalçının adına aydınlıq gələcək.

Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşacaq.

"Etihad" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Vu cütün qalibi finalda İtaliya "İnter"inə rəqib olacaq.

17 may

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə