Çempionlar Liqasında ilk finalçı "İnter" oldu - VİDEO

17 May 2023 01:00 Çempionlar Liqası 691
Çempionlar Liqasında ilk finalçı "İnter" oldu - VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində müəyyənləşib.

Birinci oyunda "Milan"a 2:0 hesabı ilə qalib gələn "İnter" "Cüzeppe Meatsa" stadionundakı ikinci görüşdə də əzəli rəqibini məğlub edib - 1:0.

Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.

Simone İnzaginin baş məşqçi olduğu kollektiv bu nəticə ilə 13 ildən sonra yenidən Çempionlar Liqasının finalına yüksəlib.

Yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Bu komandaların Madriddə keçirilmiş ilk duelində heç-heçə qeydə alınıb - 1:1.

16 may

"İnter" (İtaliya) - "Milan" (İtaliya) - 1:0
Qol:
Lautaro Martines, 74
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0

Digər Xəbərlər
Xəbər Lenti