“Cəsarət və güc tələb edəcək - Başa düşməlisiz ki, bu, yaxşı oyun olacaq”

16 May 2023 18:40 Çempionlar Liqası 563
“Cəsarət və güc tələb edəcək - Başa düşməlisiz ki, bu, yaxşı oyun olacaq”

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella UEFA Çempionlar Liqasının yarımfinalının “Milan”la cavab oyunu haqda fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçın yaxşı keçəcəyini deyib:

“Milan”a qarşı oynamaq cəsarət və güc tələb edəcək. Başa düşməlisiz ki, bu, yaxşı oyun olacaq. Buna bir çox amillər təsir edə bilər.

Bütün dünya “Milan”la matçımızı izləyəcək. Bu səbəbdən, meydanda olmaqdan xoşbəxt olacağıq.

Stadionda yer alacaq azarkeşlərin “çempionlar” deyə, qışqırmasını təsəvvür edirəm: Bunu yalnız “İnter” azarkeşləri edə bilərdi! Özü də “San Siro” kimi stadionda!”

İlk oyunda “neradzurra” “Milan”ı 2:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti