
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportinfo.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq.
Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
"Cüzeppe Meatsa" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.
Yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq.
16 may
23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya)
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0