"Arzumuzu gerçəkləşdirmək üçün çox səy göstərməli olduğumuzu bilirik”

12 May 2023 01:30 Çempionlar Liqası 905
"Arzumuzu gerçəkləşdirmək üçün çox səy göstərməli olduğumuzu bilirik”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının yarımfinalının “Milan”la matçından sonra (2:0) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, daha çox qol vura biləcəklərini söyləyib:

“Çox şadam. İlk hissəni möhtəşəm keçirdik. Daha çox qol vura bilərdik. Buna baxmayaraq, uğurlu çıxış etdik.

Cavab matçından öncə vacib üstünlük əldə etdik. Arzumuzu gerçəkləşdirmək üçün çox səy göstərməli olduğumuzu bilirik”.

“İnter” – “Milan” cütünün cavab qarşılaşması mayın 16-da, saat 23:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 20:00 Çək və bizə göndər!
19 İyul 19:00 Sevək, yoxsa sevinək?
19 İyul 08:00 Bazar gününün havası