“Məşqçi bu məsələdə baş sındırmalıdır - Ürəksiz, tənbəl, çox passiv və zəif çıxış etdilər”

11 May 2023 21:40 Çempionlar Liqası 503
“Məşqçi bu məsələdə baş sındırmalıdır - Ürəksiz, tənbəl, çox passiv və zəif çıxış etdilər”

İngiltərəli mütəxəssis Stiven Cerrard Çempionlar Liqasının “Milan” – “İnter” (0:2) matçını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, “Milan”ın futbolçularının oyunda ürəksiz çıxış etdiklərini vurğulayıb:

“Milan” Çempionlar Liqasının yarımfinal mərhələsindədir. Meydançaya çıxanlar futbolçu dəstəsi kimi görünürdülər.

Birlikdə mübarizə aparmırdılar. Məşqçi bu məsələdə baş sındırmalıdır. Ürəksiz oynayırdılar.

Sandro Tonali Henrix Mxitaryanın qol epizodunda həddindən artıq tənbəllik etdi, rəqibin rahatlıqla qaçmasına şərait yaratdı.

Mərkəz müdafiəçiləri arasında qətiyyən əlavə və ünsiyyət görünmürdü. 90 dəqiqə ərzində həm yarımmüdafiəçilər, həm də müdafiəçilər çox passiv və zəif çıxış etdilər”.

“İnter” – “Milan” cütünün cavab qarşılaşması 16 mayda, saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!