İndi də “Qarabağ”ın adı gələndə Stanislav Çerçesov “dəli olur”

10 May 2023 20:20 Çempionlar Liqası 2 697
İndi də “Qarabağ”ın adı gələndə Stanislav Çerçesov “dəli olur”

“Qarabağ”la oyunda 15 dəqiqəlik zəif çıxış bizi Çempionlar Liqasından kənarlaşdırmağa kifayət etdi”.

Sportinfo.az xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov Rusiya mətbuatına müsahibəsində deyib.

Hədəflərinin növbəti mövsüm Çempionlar Liqasının qrupuna düşmək olduğunu bildirən rusiyalı mütəxəssis cari mövsüm bunu bacara bilməmələrini ani diqqətsizliklə əlaqələndirib.

Çerçesovun fikrincə, III təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la görüşdə qalib gələ bilərdilər:

“Qrupa düşmək üçün 8 oyun keçirməlisən ki, bu da ayrıca bir mövsümə bərabərdir. Ora qədər irəliləmək həm də prestij və maliyyə baxımından böyük şansdır.

Bu mövsüm “Qarabağ”la qarşılaşmada imkanı qaçırdıq. Gələn mövsüm bunun təkrarlanmaması üçün heyəti gücləndirməliyik”.

“Qarabağ” Bakıda heç-heçə etdiyi (1:1) “Ferentsvaroş”a Budapeştdə 3:1 hesabı ilə qalib gələrək mübarizəni davam etdirmişdi. Macarıstan təmsilçisi Konfrans Liqasının 1/8 final mərhələsinə qədər irəliləməyi bacarmışdı.

Digər Xəbərlər
Xəbər Lenti