"Növbəti həftə bir neçə məqamı düzəldəcəyik”

10 May 2023 12:00 Çempionlar Liqası 469
"Növbəti həftə bir neçə məqamı düzəldəcəyik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının yarımfinalının “Real”la qarşılaşmasını (1:1) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, yaxşı müdafiə olunduqlarını bildirib:

“Cavab oyunu finala bərabər olacaq. “Real” ikinci hissədə bizdən daha üstün idi, amma qol vura bildik. Komandamı təbrik edirəm.

Bu cür oyunlarda xüsusi futbolçulara ehtiyac duyursan. Qapıçımız Ederson Moraes bu gün onlardan biri idi.

Kayl Uolker qarşılaşa biləcəyi ən yaxşı rəqiblərdən biri ilə oyunda xüsusi çıxışı ilə yadda qaldı.

Yaxşı müdafiə olunduq. Daha yaxşı müdafiə oluna və hücumlar edə bilərik. David Alaba və Antonio Rüdiger Erlinq Halanda qarşı çox sıx oynayırdılar. Növbəti həftə bir neçə məqamı düzəldəcəyik”.

“Mançester Siti” – “Real” cütünün cavab qarşılaşması mayın 17-də, saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti