"Darıxdıq, arzuladıq və məqsədimizə çatdıq, indi xoşbəxtəm"

20 Aprel 2023 21:40 Çempionlar Liqası 615
"Darıxdıq, arzuladıq və məqsədimizə çatdıq, indi xoşbəxtəm"

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/4 finalının “Benfika” ilə cavab matçından sonra (3:3) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:

“Çox xoşbəxtik. Klubumuzun hər bir üzvü üçün vacib axşam oldu. Bizimlə görüşə qədər 8 ay ərzində cəmi iki matçda məğlub olan çox ciddi rəqibə qarşı möhtəşəm oynadıq.

Qələbəyə və növbəti mərhələyə çıxmağa layiq idik. Arzuladıq və məqsədimizə çatdıq. Futbolçularımın adına da xoşbəxtəm.

“Bayern” və “Barselona”nın da olduğu çox çətin qrupa düşmüşdük, amma özümüzü yaxşı tərəfdən göstərə bildik.

Azarkeşlərlə birlikdə bunu bacardıq. Onlar bizə çox kömək etdilər. “İnter”də uzun illər idi ki, həmin anlar üçün darıxmışdıq”.

İki görüşün nəticəsinə əsasən, Milan təmsilçisi Portuqaliya klubu 5:3 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.

Növbəti mərhələdə onların rəqibi “Milan” olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"