"Bu matçda qalib gəlmək üçün dözüm göstərməli idik"

20 Aprel 2023 12:00 Çempionlar Liqası 512
"Bu matçda qalib gəlmək üçün dözüm göstərməli idik"

“Real”ın baş məşqçisi Karlo Ancelotti UEFA Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə cavab oyunundan sonra (2:0) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, matçın olduqca əhəmiyyətli olduğunu deyib:

“Bu matçda qalib gəlmək üçün dözüm göstərməli idik. Olduqca əhəmiyyətli və “Çelsi” kimi komandaya qarşı oyunda sürpriz yaşanmadı.

Matçın əvvəlində sol cinahda problemlər olsa da, qısa zamanda onları həll etdik”.

İki oyunun nəticəsinə əsasən, “kral klubu” London təmsilçisini 4:0 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.

“Real” növbəti mərhələdə “Bayern” – “Mançester Siti” cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı