“Yararlana bilmədiyim penalti epizoduna görə əsəbiləşdim, məyus oldum"

20 Aprel 2023 00:20 Çempionlar Liqası 580
“Yararlana bilmədiyim penalti epizoduna görə əsəbiləşdim, məyus oldum"

“Milan”ın hücumçusu Olivye Jiru Çempionlar Liqasının 1/4 finalının “Napoli” ilə cavab görüşünü (1:1) dəyərləndirib:

Sportinfo.az xəbər verir ki, o, rəqibin qapıçısı Aleks Meretdən söz açıb:

“Yararlana bilmədiyim penalti epizoduna görə əsəbiləşdim, məyus oldum. Əsas odur ki, oyundan qopmadıq.

Meret zərbəni yaxşı dəf etdi. Buna baxmayaraq, hələ də şansımın olduğunu hiss edirdim. Rafael Leao meydanda hər şey etdi. Fantastika!”

İki oyunun nəticəsinə əsasən, “qırmızı-qaralar” Neapol klubunu 2:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.

“Milan” yarımfinalda “İnter” – “Benfika” cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti