
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son iki cavab oyunundan sonra yarımfinalın bütün iştirakçıları bəlli olub.
İngiltərədəki ilk görüşdə Almaniya "Bavariya"sını darmadağın edən "Mançester Siti" ikinci qarşılaşmada heç-heçə edərək adını növbəti mərhələyə yazdırıb.
Digər cütdə isə "İnter" İtaliyada Portuqaliya "Benfika"sı ilə bərabərə qalmaqla ən güclü 4 komanda arasına düşməyi bacarıb. Milan təmsilçisi Lissabondakı ilk görüşdə rəqibindən üstün olmuşdu.
Daha əvvəl "Real Madrid"i ilə "Milan"ı yarımfinala adlayıb. Finala gedən yolda "kral klubu" "Mançester Siti" ilə, "rossonyerlər" isə "İnter"lə qarşılaşacaq.
Bu raundun qarşılaşmaları 9-10 və 16-17 mayda oynanılacaq.
Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
19 aprel
“Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:1
Qollar: Yozua Kimmix, 83 (penalti) - Erlinq Holann, 57
İstifadə edilməyən penalti: Erlinq Holann, 38 ("Mançester Siti")
Baş hakim: Klemen Turpin (Fransa)
Münhen, “Allianz Arena”
İlk oyun – 0:3
“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) - 3:3
Qollar: Nikolo Barella, 14. Lautaro Martines, 65. Xoakin Korrea, 78 - Fredrik Eursnes, 38. Antonio Silva, 86. Petar Musa, 90+5
Baş hakim: Karlos Del Serro (İspaniya)
Milan, “Cüzeppe Meatsa”
İlk oyun – 2:0