Çempionlar Liqası: “Real” və “Milan” yarımfinala yüksəldi

19 Aprel 2023 01:00 Çempionlar Liqası 490
Çempionlar Liqası: “Real” və “Milan” yarımfinala yüksəldi

Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, bununla ilk yarımfinalçılar məlum olub.

Turnirin son qalibi “Real Madrid” bu raundda İngiltərə təmsilçisi “Çelsi”ni mübarizədən kənarlaşdırıb.

“Kral klubu” evdə olduğu kimi, rəqibini səfərdə də məğlubiyyətə uğradıb. Rodriqonun 58 və 80-ci dəqiqələrdə vurduğu qollar sayəsində madridlilər birinci matçda olduğu kimi, yenə 2:0 hesablı qələbə əldə ediblər.

İtaliya klublarının duelindən isə “Milan” üstün ayrılıb. A seriyasının lideri “Napoli”ni evdə yeganə qolla məğlub edən “rossonyerlər” səfərdə rəqibi ilə bərabərə qalıblar.

Olivye Jiru 43-cü dəqiqədə hesabı açıb. Viktor Osimxenin 90+3-cü dəqiqədəki qolu “Napoli”ni məğlubiyyətdən qurtarmağa yetib – 1:1.

Lakin ilk görüşdəki 1:0 hesablı qələbə sayəsində yarımfinala adlayan tərəf “Milan” olub.

1/4 finala aprelin 19-da keçiriləcək “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) və “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) oyunları ilə yekun vurulacaq.

"Çelsi" (İngiltərə) – "Real" (Madrid, İspaniya) 0:2
Qol
: Rodriqo, 58; 80.
Baş hakim: Daniel Orsato (İtaliya)
London, “Stemford Bric”
İlk oyun – 0:2

"Napoli" (İtaliya) – "Milan" (İtaliya) 1:1
Qol
: Osimhen, 90+3 – Jiru, 43.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, “Dieqo Maradona” stadionu
İlk oyun – 0:1

Digər Xəbərlər
Xəbər Lenti