“Qisas almaq niyyətindəyik, bu, qeyri-mümkün bir iş kimi görünə bilər, amma...”

15 Aprel 2023 15:40 Çempionlar Liqası 598
“Qisas almaq niyyətindəyik, bu, qeyri-mümkün bir iş kimi görünə bilər, amma...”

“Bayern”in baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə cavab oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “şəhərlilər”dən qisas almaq istədiklərini bildirib:

“Diqqətimizi həmin oyuna cəmləyəcəyik. Bu, qeyri-mümkün bir iş kimi görünə bilər, amma futbolda mümkün olmayacaq bir şey yoxdur.

Cavab qarşılaşmasından öncə özümüzü enerji dolu hiss edirik. Qisas almaq niyyətindəyik. Ölkə çempionatının “Hoffenhaym”la görüşündə yaxşı nəticə qazanmalıyıq”.

Qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalının ilk matçında Münhen təmsilçisi Premyer Liqa klubuna 0:3 hesabı ilə məğlub olub.

Cavab qarşılaşması aprelin 19-da, Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti