ÇL: “Qarabağ” çempion olsa, səpələnmişlər arasında yer alacaq

13 Aprel 2023 00:30 Çempionlar Liqası 6 912
ÇL: “Qarabağ” çempion olsa, səpələnmişlər arasında yer alacaq

Çempionlar Liqasının (ÇL) 2023/24 mövsümünün təsnifat mərhələlərinin 15 iştirakçısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ilkin və II təsnifat mərhələlərinin hərəsində mübarizəyə başlayacaq komandalardan biri, II təsnifat mərhələsində start verəcək kollektivlərdən 13-ü məlum olub.

İlkin mərhələdə yarışacaq İslandiya çempionu “Breydablik” və II təsnifat mərhələsindən start götürəcək Norveç “Molde”si səpələnmişlər səbətində yer alacaqlar.

I təsnifat mərhələsinin 13 iştirakçısından 4-ü güclülər, 2-si zəiflər səbətində qərarlaşacaq. 7 komandanın yeri hələlik məlum deyil.

I təsnifat mərhələsi

Səpələnmişlər: “Astana” (Qazaxıstan), “Jalgiris” (Litva), HİK (Finlandiya), “Flora” (Estoniya)
Səpələnməmişlər: “Valmiera” (Latviya), “Hamrun” (Malta)
Qeyri-müəyyənlər: “Şamrok Rovers” (Şimali İrlandiya), TNS (Uels), “Linkoln” (Cəbəllütariq), “Şaxtyor” (Soliqorsk, Belarus), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Haken” (İsveç)

Azərbaycan çempionu mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Premyer Liqada 29 turdan sonra “Qarabağ” 77 xalla vahid liderdir.

Sona 7 tur qalmış Ağdam klubu ən yaxın izləyicisi “Sabah”ı 12 xal üstələyir. Növbəti iki oyunda “atlılar”ın çempionluğu rəsmiləşə bilər.

“Qarabağ” çempion olsa, ÇL-də səpələnmişlər sırasında yer alacaq. Nəzəri olaraq şansları qalan “Sabah” və “Neftçi” isə nisbətən zəiflərin sırasında qərarlaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!