"Real" və "Milan" evdə qələbə qazandı – ÇL-də NƏTİCƏLƏR

13 Aprel 2023 01:00 Çempionlar Liqası 407
"Real" və "Milan" evdə qələbə qazandı – ÇL-də NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, axırıncı oyun günündə də iki qarşılaşma keçirilib.

Turnirin son qalibi "Real Madrid" İspaniyada "Çelsi"ni 2 cavabsız qolla məğlub edib.

"Kral klubu"ndan 22-ci dəqiqədə Kərim Benzema və 74-cü dəqiqədə Marko Asensio fərqləniblər. 59-cu dəqiqədə "zadəganlar"ın heyətində Ben Çiluell birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Digər oyun isə İtaliyada "Milan" və "Napoli" arasında baş tutub. Qarşılaşmanın taleyini 1 qol həll edib.

40-cı dəqiqədə İsmael Bennaser rəqib qapısına yol taparaq, rossonyerlərə qələbə qazandırıb. 75-ci dəqiqədə qonaqlardan Andre Zambo-Angissa ikinci sarı vərəqə ilə meydandan qovulub.

1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə "Bavariya"ya 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.

Cavab oyunları aprelin 18-də olacaq.

"Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:0
Qollar: Kərim Benzema, 22. Marko Asensio, 74
Qırmızı vərəqə:
Ben Çiluell, 59 ("Çelsi")
Baş hakim: Fransua Leteksye (Fransa)
Madrid, "Santyaqo Bernabeu" stadionu

"Milan" (İtaliya) - "Napoli" (İtaliya) - 1:0
Qol:
İsmael Bennaser, 40
Qırmızı vərəqə: Andre Zambo-Angissa ("Napoli")
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, "San Siro" stadionu

Digər Xəbərlər
Xəbər Lenti