"Real” Madriddə “Çelsi" ilə üz-üzə, Milanda İtaliya dueli – ÇL-də BU GÜN

12 Aprel 2023 18:20 Çempionlar Liqası 619
"Real” Madriddə “Çelsi" ilə üz-üzə, Milanda İtaliya dueli – ÇL-də BU GÜN

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə keçiriləcək hər iki qarşılaşma eyni saatda başlayacaq.

Turnirin son qalibi olan "Real Madrid" İspaniyada "Çelsi"ni qəbul edəcək. Görüşün baş hakimi fransalı Fransua Leteksye olacaq.

Digər oyun isə İtaliyada "Milan" və "Napoli" arasında baş tutacaq. Qarşılaşmanı ruminayı FIFA referisi İştvan Kovaç idarə edəcək.

1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sına 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.

12 aprel

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Fransua Leteksye (Fransa)
Madrid, "Santyaqo Bernabeu" stadionu

23:00. "Milan" (İtaliya) - "Napoli" (İtaliya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, "San Siro" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda