"Siti" "Bavariya"nı, "İnter" "Benfika"nı uddu – ÇL-dən VİDEOLAR

12 Aprel 2023 00:51 Çempionlar Liqası 583
"Siti" "Bavariya"nı, "İnter" "Benfika"nı uddu – ÇL-dən VİDEOLAR

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə "Mançester Siti" ilə "Bavariyaı arasında keçirilib. Erkən final adlandırılan oyun "şəhərlilər"in böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.

Meydan sahiblərindən qolları 27-ci dəqiqədə Rodri, 70-ci dəqiqədə Bernardu Silva və 77-ci dəqiqədə Erlinq Holann vurublar.

Digər görüşdə isə İtaliya "İnter"i Portuqaliyada "Benfika"ya 2 cavabsız qolla qalib gəlib. Milan təmsilçisinin heyətində 51-ci dəqiqədə Nikolo Barella və 82-ci dəqiqədə penaltidən Romelu Lukaku fərqlənib.

Komandalar arasında cavab oyunları aprelin 19-da olacaq.

11 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) - 3:0
Qollar:
Rodri, 27. Bernardu Silva, 70. Erlinq Holann, 77
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Mançester, "Etihad" stadionu.

23:00. "Benfika" (Portuqaliya) - "İnter" (İtaliya) - 0:2
Qollar:
Nikolo Barella, 51. Romelu Lukaku, 82 (penalti)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Lissabon, "Eştadiu du Benfika" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!