COP29

“Mançester Siti” 1/8 final mərhələsinə vəsiqə qazanacaq? - Çempionlar Liqası

14 Mart 2023 15:40 Çempionlar Liqası 1 020
“Mançester Siti” 1/8 final mərhələsinə vəsiqə qazanacaq? - Çempionlar Liqası

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsi davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün cavab oyunları çərçivəsində daha iki görüş keçiriləcək.

“Portu” Portuqaliyada İtaliya təmsilçisi “İnter”i qəbul edəcək. İlk matçda Milanda 0:1 hesabı ilə məğlub olan “əjdahalar” bunun revanşını almaq iddiasındadırlar.

Digər qarşılaşmada turnirin favoritlərindən sayılan İngiltərə klubu “Mançester Siti” meydana çıxacaq.

“Şəhərlilər” səfərdə müqavimətini qıra bilmədiyi Almaniya “Leyptsiq”ini doğma arenasında sınağa çəkəcək. “Portu” kimi, “Leyptsiq” də sensasiya etməyə çalışacaq.

14 mart

00:00. “Portu” (Portuqaliya) – “İnter” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 0:1

00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 1:1

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!