"Biz heç vaxt təslim olmadıq, futbolçularımdan xarakter göstərmələrini xahiş etdim"

10 Mart 2023 00:00 Çempionlar Liqası 326
"Biz heç vaxt təslim olmadıq, futbolçularımdan xarakter göstərmələrini xahiş etdim"

“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 finalının “Tottenhem”lə cavab matçından sonra (0:0) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:

“Çətin olacağını bilirdik, lakin bacardıq. Futbolçularımdan xarakter göstərmələrini xahiş etdim.

Biz heç vaxt təslim olmadıq. Qələbəyə layiq idik. Addım-addım irəliyə gedəcəyik. Püşkatmanın necə olacağını görəcəyik”.

İki oyunun nəticəsinə əsasən, “qırmızı-qaralar” Premyer Liqa təmsilçisini 1:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti