
Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
Komanda.az xəbər verir ki, bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olub.
Gecənin ən maraq doğuran matçı Almaniyada baş tutub. Fransadakı ilk görüşdə PSJ-yə qalib gələn "Bavariya" bu dəfə rəqibini Münhendə 2:0 hesabı ilə məğlub edib və 1/4 finala yùksəlib.
Digər görüşdə isə İtaliya "Milan"ı İngiltərədə "Tottenhem"lə münasibətlərinə aydınlıq gətirib.
Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanan "rossonyerlər" səfərdə qolsuz heç-heçəyə nail olaraq, adını növbəti mərhələyə yazdırıb.
Daha əvvəl "Benfika" və "Çelsi" 1/4 finala adlayıblar.
"Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:0
Qollar: Erik Çupo-Motinq, 61. Serj Qnabri, 89
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 1:0
"Münhen Futbol Arenası".
"Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) - 0:0
Baş hakim: Klemen Türpin (Fransa)
Qırmızı vərəqə: Kristia. Romero, 77 ("Tottenhem")
İlk oyun - 0:1
London, "Tottenhem Hotspur" stadionu.