ÇL-də darmadağın oldular, baş məşqçiyə qapını göstərdilər

9 Mart 2023 01:40 Çempionlar Liqası 495
ÇL-də darmadağın oldular, baş məşqçiyə qapını göstərdilər

Çempionlar Liqasında “Benfika”ya ağır məğlubiyyət “Brügge”nin baş məşqçisi Skott Parkerə baha başa gəlib.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi ingilis mütəxəssisi istefaya göndərib.

42 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Ötən ilin 31 dekabrında “Brügge” ilə müqavilə imzalamış Parker bu komandada cəmi 67 gün fəaliyyətdə olub.

O, bu müddətdə komandanı 12 matça çıxarıb ki, “Brügge” bu görüşlərdə cəmi 2 qələbə qazanıb, 6 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.

“Brügge” ÇL-in 1/8 finalında qarşılaşdığı “Benfika”ya doğma meydanda 0:2 uduzumuşdusa, cavab qarşılaşmasında 1:5 hesabıyla məğlub olub.

Bu komanda ölkə çempionatında da lider “Genk”dən 21 xal geri qalır – 46 xalla dördüncü pillə.

Digər Xəbərlər
Xəbər Lenti