"Biz bunu etiraf etməliyik”

9 Mart 2023 01:30 Çempionlar Liqası 351
"Biz bunu etiraf etməliyik”

“Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Əmrə Can UEFA Çempionlar Liqasının 1/8 finalının “Çelsi” ilə matçından sonra (0:2) danışıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə əsilli almaniyalı futbolçu rəqibin hücum futbolu oynadığını deyib:

“Çelsi” hücuma daha çox çıxacaqdı. Onlar bunu yaxşı bacardılar. Xüsusilə də, birinci hissədə.

Fasilədən sonra yaxşı imkanlarımız oldu. Buna baxmayaraq, kifayət qədər qol epizodları yarada bilmədik – bunu etiraf etməliyik”.

İki oyunun nəticəsinə əsasən, Bundesliqa təmsilçisi “zadəganlar”a 1:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!