PSJ bu gün Çempionlar Liqası ilə vidalaşacaq?

8 Mart 2023 18:40 Çempionlar Liqası 394
PSJ bu gün Çempionlar Liqası ilə vidalaşacaq?

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki,bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olacaq.

Gecənin ən maraq doğuran matçı Almaniyada gerçəkləşəcək.

Fransadakı ilk görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələn "Bavariya" bu dəfə rəqibini Münhendə sınağa çəkəcək. Oyunun baş hakimi italiyalı Daniele Orsato olacaq.

Digər görüşdə isə "Milan" İngiltərədə "Tottenhem"lə münasibətlərinə aydınlıq gətirəcək.

Görüşü fransalı FIFA referisi Klemen Türpin idarə edəcək. "Rossonyerlər" Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanıblar - 1:0.

Daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala vəsiqə qazanıblar.

8 mart

00:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 1:0
"Münhen Futbol Arenası".

00:00. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya)
Baş hakim: Klemen Türpin (Fransa)
İlk oyun - 0:1
London, "Tottenhem Hotspur" stadionu.

Digər Xəbərlər
Xəbər Lenti