Bu gün 1/4 finalın ilk xoşbəxtləri bilinəcək - Çempionlar Liqası:

7 Mart 2023 10:20 Çempionlar Liqası 1 602
Bu gün 1/4 finalın ilk xoşbəxtləri bilinəcək - Çempionlar Liqası:

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.

Gecənin ən prinsipial matçı İngiltərədə "Çelsi" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında olacaq.

Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək. Dortmunddakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Digər qarşılaşmada isə "Benfika" Portuqaliyada "Brügge"ni qəbul edəcək. İlk görüşdə Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0.

1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.
7 mart

00:00. "Çelsi" (İngiltərə) - "Borussiya" Dortmund (Almaniya)
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1
London, "Stemford Bric" stadionu

00:00. "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun - 2:0
Lissabon, "Eştadiu du Benfika" stadionu

Digər Xəbərlər
Xəbər Lenti