“Mançester Yunayted” kənarda qalacaq, yoxsa “Barselona”? - Avropa Liqası

23 Fevral 2023 18:20 Çempionlar Liqası 2 012
“Mançester Yunayted” kənarda qalacaq, yoxsa “Barselona”? - Avropa Liqası

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, baş tutacaq qarşılaşmaların ardından 1/8 finala adlayacaq 8 klubun adına aydınlıq gələcək.

Raundun ən diqqətçəkən cütlüyü olan “Barselona” ilə “Mançester Yunayted” bu dəfə ikincilərin meydanında üz-üzə gələcəklər.

“Nou Kamp”dakı qollu bərabərliyin revanşında komandalar “Old Trafford”da münasibətlərinə aydınlıq gətirəcəklər.

Turnirin digər favoritləri hesab edilən İtaliya klublarından “Roma” öz meydanında, “Yuventus” isə səfərdə çıxış edəcək.

23 fevral

21:45. “Midtüllan” (Danimarka) - “Sportinq” (Portuqaliya)

İlk oyun - 1:1

21:45. “Monako” (Fransa) - “Bayer” (Leverkuzen, Almaniya)

İlk oyun - 3:2

21:45. “Nant” (Fransa) - “Yuventus” (İtaliya)

İlk oyun - 1:1

21:45. PSV (Niderland) - “Sevilya” (İspaniya)

İlk oyun - 0:3

00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya)

İlk oyun - 0:1

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya)

İlk oyun - 2:2

00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna)

İlk oyun - 1:2

00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland)

İlk oyun - 0:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti