"Mançester Siti" 1:1-ə razılaşdı, "İnter" qazandı

23 Fevral 2023 02:00 Çempionlar Liqası 794
"Mançester Siti" 1:1-ə razılaşdı, "İnter" qazandı

Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutub.

Turnirin favoritlərindən hesab olunan İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Digər oyun isə İtaliyada "İnter" və Portuqaliyanın "Portu" komandası arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransada PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı Belçikada "Brügge"yə, İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"a 2:0, İspaniya "Real Madrid"i isə İngiltərədə "Liverpul"a 5:2 hesabı ilə qalib gəlib.

"Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:1
Qollar:
Yoşko Qvardiola, 70 - Riyad Mahrez, 27
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leyptsiq, "RB Arena"

"İnter" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:0
Qol:
Romelu Lukaku, 86
Qırmızı vərəqə: Otavio, 78 ("Portu")
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, "San Siro" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti