“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə oyunundan öncə danışıb.
Sportinfo.az xəbər verir ki, o, Almaniya təmsilçisinin hücumçusu Kristofer Nkunkudan söz açıb:
“O, dünya səviyyəli oyunçudur. Ümid edirəm ki, tezliklə zədəsini sağaldacaq. Onun DÇ-2022-dən kənarda qalmasına üzüldüm.
Yüksək səviyyəli futbolçudur. Həmişə TOP-klubların ən yaxşı oyunçularına qarşı oynamağı xoşlayıram”.
Nkunku DÇ-2022-dən öncə, Fransa milli komandasının heyətində məşq edərkən zədələnib.
“Leyptsiq” – “Mançester Siti” qarşılaşması bu gün Almaniyada keçiriləcək.

