“Real” Çempionlar Liqasının 1/8 finalının ilk görüşündə “Liverpul”u məğlub edib (5:2).
Sportinfo.az xəbər verir ki, bu qarşılaşma La Liqa klubunun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
36 yaşlı futbolçu matçda dubla imza ataraq ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib.
Öncədən bunu argentinalı futbolçu Lionel Messi bacarıb. Hər iki oyunçu 2005/06 mövsümündən bəri Çempionlar Liqasında qol vurur.
“Real” – “Liverpul” cütünün cavab oyunu martın 15-də İspaniyada keçiriləcək.

