"hər şey həll olunub, düzünü desəm, hazırda mən də belə fikirləşirəm"

22 Fevral 2023 15:20 Çempionlar Liqası 638
"hər şey həll olunub, düzünü desəm, hazırda mən də belə fikirləşirəm"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp ötən gecə “Real”a 2:5 hesabı ilə uduzduqları oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, alman çalışdırıcı Madrid klubunun mərhələ adladığını düşündüyünü bildirib:

“Madridə gedib orada futbol oynayacağıq. Bu, böyük bir sınaq olacaq.

Ancaq əvvəlcə Premyer Liqada oynamalı və bu görüşdən dərs aldığımıza əmin olmalıyıq. Məncə, Karlo Ançelotti hər şeyin burada həll olunduğunu düşünür.

Düzünü desəm, hazırda mən də belə fikirləşirəm. Ancaq üç həftə ərzində hər şey dəyişə bilər.

Biz ora qələbə üçün gedəcəyik. Deyə biləcəyim tək şey budur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti