Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, hər iki görüşdə qonaqlar qələbə qazanıblar.
Gecənin ən prinsipial matçı İngiltərədə "Liverpul"la Real Madridi arasında baş tutub. "Kral klubu" çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.
00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:5
Qollar: Darvin Nunyes, 4. Məhəmməd Salah, 14 - Vinisius Junior, 21; 36. Eder Militau, 47. Kərim Benzema, 55; 67
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, "Enfild" stadionu
Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"ın qapısından 2 cavabsız top keçirib.
36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) - 0:2
Qollar: Viktor Osimhen, 40. Covanni di Lorentso, 65
İstifadə edilməyən penalti: Xviça Kvaratsxeliya, 36 ("Napoli")
Qırmızı vərəqə: Rendal Kolo-Muani, 58 ("Ayntraxt")
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, "Frankfurt" stadionu
.
1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.

