ÇL: "Çelsi" "Borussiya"ya uduzdu, "Benfika" qazandı - VİDEO

16 Fevral 2023 02:00 Çempionlar Liqası 439
ÇL: "Çelsi" "Borussiya"ya uduzdu, "Benfika" qazandı - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı Almaniyada Dortmund "Borussiya"sı ilə "Çelsi" arasında olub.

"Siqnal İduna Park" stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 63-cü dəqiqədə Kərim Adeyemi vurub.

Digər oyunda isə Portuqaliya "Benfika"sı Belçikada turnirin sürpriz komandası "Brügge"ni 2:0 hesabı ilə məğlub edib. Qollara 51-ci dəqiqədə penaltidən Joau Mariu və 88-ci dəqiqədə David Neres imza atıblar.

"Borussiya" Dortmund (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:0
Qol:
Kərim Adeyemi, 63
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, "Siqnal İduna Park" stadionu

"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) - 0:2
Qollar:
Joau Mariu, 51 (penalti). David Neres, 88
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, "Yan Breydel" stadionu.

1/8 finalın ilk oyun günündə Almaniya "Bavariya"sı Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"